Digər

Dünya reytinqinin lideri 20 oyunluq qalibiyyət seriyasını itirib

Bakı, 11 oktyabr, Tsport.az

Dünya reytinqinin lideri Aryna Sabalenka “Wuhan Open”də 20 oyunluq qalibiyyət seriyasını itirib.

Tsport.az xəbər verir ki, o, 5:2 hesabı ilə önə keçdiyi həlledici setdə üstünlüyünü qoruya bilməyib və Jessica Pegulaya uduzub.

Sabalenka əvvəlki üç turnirdə də “Wuhan Open”in qalibi olmuşdu və növbəti finala yaxın görünürdü. Lakin 31 yaşlı Pegula geri dönüş edərək 2:6, 6:4, 7:6 (7-2) hesabı ilə qalib gəlib və finalda Coco Gauffla qarşılaşmaq hüququ qazanıb.