Dünya reytinqinin liderindən 20-ci qələbə
Bakı, 10 oktyabr, Tsport.az
Dünya reytinqinin lideri Aryna Sabalenka Wuhan Open-in 1/4 finalında Elena Rybakinanı 6:3, 6:3 hesabı ilə məğlub edərək turnirdəki ardıcıl qələbə sayını 20-yə çatdırıb.
Tsport.az xəbər verir ki, Belaruslu tennisçi yarımfinalda amerikalı Jessica Pegula ilə qarşılaşacaq. Pegula isə çexiyalı Katerina Siniakova üzərində 2:6, 6:0, 6:3 hesablı qələbə qazanıb.
Sabalenka bildirib ki, Çində oynayanda özünü evdəki kimi hiss edir və azarkeşlərin dəstəyini xüsusi qiymətləndirir.