Dünyanın ən yaxşı qapıçılarının adları açıqlanıb
Bakı, 9 aprel, Tsport.az
Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES), son bir ildə dünyanın ən yaxşı qapıçılarının yer aldığı reytinqi açıqlayıb.
Tsport.az xəbər verir ki, bu siyahıya 100 qolkiper daxil edilib. Canluici Donnarumma siyahının birinci pilləsində qərarlaşıb. Interin qapıçısı Yann Sommer ikinci, Real Madridin ulduzu Thibaut Courtois isə üçüncü sırada yer alıb.