Azərbaycan FutboluMüsahibə

“Düşünürəm ki, komandamızda milliyə layiq futbolçular var”

Bakı, 4 sentyabr ,  Tsport.az 

  Misli Premyer Liqası nın III turunda “Qəbələ” səfərdə “Araz-Naxçıvan”ın qonağı olub.

Tsport.az xəbər verir ki, 2-1 hesabı ilə başa çatan matçdan sonra Araz-Naxçıvan”ın üzvü Urfan Abbasov fikirlərini bizimlə böıüşüb: 

– Çətin oyun idi. Rəqibi əvvəlki qarşılaşmadan analiz etmişdik. Onlar “Zirə” ilə oyunda yaxşı çıxış etmişdilər. Oyunun əvvəlində öz səhvimizdən qol buraxdıq. Hücumda yaxşı görünürdülər. Şükür ki, birinci hissədə bərabərlik qolunu vura bildik. Ümumiyyətlə, oyun çətin keçdi, amma qələbə – qələbədir.

*– Qol buraxmağınıza baxmayaraq komandada motivasiya hiss olunurdu. Bu haqda nə deyə bilərsiniz?*  

– Xüsusi bir motivasiya yox idi, sadəcə hər zamanki oyunumuzu oynayırdıq. Qollar vurduq, birinci hissədə üstünlüyü ələ keçirdik. İkinci hissədə də bəzi epizodlarımız oldu, amma təəssüf ki, onları dəyərləndirə bilmədik.

*– Milliyə dəvət siyahısında “Araz-Naxçıvan”dan heç bir futbolçunun olmamasını necə qarşılayırsınız?*  

– Düşünürəm ki, komandamızda milliyə layiq futbolçular var. Məsələn, Bəxtiyar Səmədzadə, Ömər, Slavic, Qara, Rahil – ən azından bu oyunçulardan biri dəvət oluna bilərdi. Amma əlbəttə, bu, baş məşqçinin qərarıdır. Biz buna hörmətlə yanaşırıq.

*– Bəs özünüzü milliyə layiq hesab edirsinizmi?*  

– Hazırda oynamıram. Oynasaydım və forma da yığsaydım, özümü milliyə layiq görərdim.

Bahar Rüstəm