Eberechi Eze “Arsenal”a keçir
Bakı, 23 avqust, Tsport.az
“Arsenal” hücum xəttini gücləndirir.
Tsport.az xəbər verir ki, London klubu “Crystal Palace“ın ingilis futbolçusu Eberechi Ezenin transferini tamamlayıb.
“Topçular” İngiltərə millisinin üzvü üçün “Crystal Palace”a 77 milyon avro ödəyəcək. Bu transferin tezliklə rəsmən elan edilməsi gözlənilir.