Dünya Futbolu

Edin Dzeko ən yaxşı baş məşqçisini açıqladı – Mourinhoya böyük şok!

Bakı, 20 avqust  , Tsport.az

Bosniyalı hücumçu Edin Džeko, karyerası boyunca çalışdığı ən yaxşı məşqçi olaraq Luciano Spallettini göstərdi. O, italiyalı mütəxəssisi “forvetlər üçün mütləq bir nömrə” adlandırdı.

Tsport.az xəbər verir ki , 39 yaşlı futbolçu, “Roma” ilə keçirdiyi altı mövsümdə Spalletti ilə təxminən iki il işlədiyini xatırladaraq, onun fərqli xarakterə sahib olduğunu və oyunçuların beyninə girə bildiyini vurğuladı:

“Spalletti, indiyə qədər çalışdığım ən yaxşı məşqçilərdən biridir. “Roma”da ilk aylarım çətin keçdi, az oynadım və məyus oldum. Amma onu tanıyandan sonra hər şey dəyişdi. Oyunu oxumağı və futbolçunu psixoloji olaraq hazırlamağı bacarır.”

İtaliya millisində uğur qazana bilməməsinə görə təəssüfləndiyini bildirən Dzeko, buna baxmayaraq Spallettini xüsusi biri kimi dəyərləndirdi.

Qeyd edək ki, Türkiyədə iki il “Fenerbahçe”formasını geyindiktən sonra bu yay “Fiorentina” ilə bir illik müqavilə imzalayan təcrübəli hücumçu, karyerasında 19 fərqli məşqçi ilə işləyib. Yeni komandasında isə Stefano Pioli onun 20-ci baş məşqçisi olacaq.

Aytac Mustafayeva