Dünya Futbolu

Edin Džekonun yeni ünvanı rəsmi olaraq açıqlanıb

Bakı, 10 iyul, Tsport.az

İtaliyanın tanınmış klubu “Fiorentina”, təcrübəli bosniyalı hücumçu Edin Džekonun transferini rəsmən açıqlayıb.

Tsport.az xəbər verir ki, bu barədə məlumat klubun rəsmi internet saytında yer alıb.

39 yaşlı forvardla bir illik müqavilə imzalanıb. Džeko son mövsümü “Fenerbahçe”də keçirib. O, İstanbul təmsilçisinin heyətində 53 matçda forma geyinərək 21 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Uzun illər Avropa futbolunun önəmli klublarında çıxış edən Džeko daha əvvəl “VfL Wolfsburg”, “Manchester City”, “AS Roma” və “Inter” komandalarının formasını da geyinib.