Azərbaycan FutboluDünya Futbolu

Eduardo Kunde “Qəbələ”də Braziliyalı müdafiəçi ilə rəsmi müqavilə imzalandı

Bakı, 4 avqust, Tsport.az

Azərbaycan Premyer Liqası klublarından “Qəbələ” heyətini yeni futbolçu ilə gücləndirib.Komanda Braziliyalı mərkəz müdafiəçisi Eduardo Kunde ilə rəsmi müqavilə imzalayıb.

Tsport.az xəbər verir ki, 27 yaşlı futbolçu son olaraq İndoneziyanın “Persis Solo” klubunda çıxış edib. Təcrübəli müdafiəçi artıq “Qəbələ“nin yay hazırlıq planlarına qoşulub.

Qeyd edək ki, Eduardo Kunde karyerası ərzində Braziliyada bir neçə klubda forma geyinib və fiziki gücü ilə seçilən oyunçulardandır.

“Qırmızı-qaralar” yeni mövsüm öncəsi transfer çalışmalarını davam etdirir.