EFA U-12 komandası beynəlxalq turnirin qalibi oldu
Bakı, 4 iyun , Tsport.az
EFA Futbol Akademiyasının U-12 komandası İzmir Böyükşəhər Bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən beynəlxalq turnirdə çempionluq əldə edib.
Tsport.az xəbər verir ki , turnirin final qarşılaşmasında EFA təmsilçiləri Türkiyənin “Karşıyaka SK” komandası ilə üz-üzə gəlib. Gərgin və həyəcanlı keçən oyunda azyaşlı futbolçular əsl komanda ruhu, əzmkarlıq və taktiki hazırlıq nümayiş etdirərək rəqiblərini məğlub etməyə nail olublar. Bu uğurla EFA U-12 komandası turnirin qalibi elan olunub və çempionluq kubokunu qaldırıb.
Akademiya rəhbərliyi bildirir ki, bu nailiyyət təsadüfi deyil. Qələbə illərlə aparılan sistemli məşqlərin, peşəkar yanaşmanın və fədakar məşqçilər heyətinin zəhmətinin nəticəsidir.
Qeyd edək ki, turnirdə müxtəlif ölkələrdən komandalar iştirak edib və yarış yüksək səviyyədə təşkil olunub.