Fransa millisinin heyətində dəyişiklik
Bakı, 7 oktyabr, Tsport.az
DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan yığması ilə üz-üzə gələcək Fransa millisinin heyətində dəyişiklik baş verib.
Tsport.az xəbər verir ki, bu haqqda Fransa Futbol Federasiyasının açıqlama verib. “Paris Saint-Germain” futbolçusu Bradley Barcola zədə səbəbindən komandadan uzaqlaşdırılıb. Onun əvəzinə “Lille” hücumçusu Florian Thauvin milliyə çağırılıb.
Didier Deschamps-ın rəhbərlik etdiyi Fransa yığması oktyabrın 10-da Parisdə Azərbaycan, 13-də isə Reykyavikdə İslandiya ilə qarşılaşacaq.