Digər

Əfsanəvi boksçu Corc Forman dünyasını dəyişdi

Bakı, 22 mart, Tsport.az

Amerikalı boks əfsanəsi Corc Forman 76 yaşında vəfat edib.

Tsport.az xəbər verir ki, bu barədə onun ailəsi sosial media hesabında paylaşım edib. Məlumatda bildirilir ki, ikiqat dünya çempionu 21 mart 2025-ci il tarixində sevdiklərinin əhatəsində sakit şəkildə dünyasını dəyişib.

Qeyd edək ki, 1949-cu ildə ABŞ-da anadan olan Corc Forman 1968-ci il Olimpiya Oyunlarında qızıl medal qazanmış, peşəkar karyerasında isə ağır çəki üzrə iki dəfə dünya çempionu olmuşdur. Karyerasını başa vurduqdan sonra o, vaizlik və biznes fəaliyyəti ilə məşğul olub.