Digər

Əfsanəvi yapon güləşçi dünyasını dəyişdi

Bakı, 19 iyul, Tsport.az

Qadın güləşi tarixində iz qoymuş yaponiyalı idmançı Hitomi Obara 44 yaşında vəfat edib.

Tsport.az xəbər verir ki, məlumatı Dünya Güləş Birliyinin (United World Wrestling – UWW) mətbuat xidməti yayıb.

Obaranın ölüm səbəbi barədə rəsmi açıqlama verilməyib.

Karyerası ərzində Obara qadın güləşində əvəzsiz uğurlara imza atıb. O, 2012-ci ildə Londonda keçirilən Yay Olimpiya Oyunlarında 48 kiloqram çəki dərəcəsində qızıl medal qazanıb. Bundan əlavə, o, səkkiz dəfə dünya çempionu tituluna yiyələnib.

2022-ci ilin sentyabrında Hitomi Obaranın adı UWW-nin Şöhrət Zalına daxil edilib. O, həmçinin 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiya Oyunlarına hazırlanan Yaponiyanın qadın güləş yığmasında məşqçi heyətinin üzvü kimi fəaliyyət göstərirdi.