El Clasico:İspaniyanın iki əbədi düşməni qarşı-qarşıya
Bakı, 26 aprel, Tsport.az
Bu gecə İspan tacının ən böyük futbol döyüşü baş tutacaq .
Tsport.az xəbər verir ki, İspaniyanın iki əbədi düşməni – Kataloniya nəhəngi “Barcelona” və Madrid sarayının fəxri “Real Madrid” Sevilyada bir araya gələcək.
“Əbədi Dərbi” – El-Klasiko, Olimpiya stadionunda keçiriləcək. Gərgin mübarizənin start fiti Bakı vaxtı ilə saat 00:00-da səslənəcək.