“El-Clasico”nun hakimi bəlli oldu
Bakı, 8 may, Tsport.az
İspaniya La Liqasının 35-ci turunda mövsümün ən vacib qarşılaşmalarından biri – “Barcelona” ilə “Real Madrid ” arasındakı “El-Klasiko” qarşıdurmasını idarə edəcək baş hakim müəyyənləşib.
Tsport.az xəbər verir ki, İspaniya Futbol Federasiyasının qərarına əsasən, matçın ədalət təmsilçisi təcrübəli referi Alejandro José Hernández olacaq. Bu, 41 yaşlı hakimin karyerasında dördüncü dəfə El-Klasikoya təyinat alması deməkdir.
Gərginliyi və əhəmiyyəti ilə seçilən bu qarşılaşma mayın 11-də, Bakı vaxtı ilə saat 18:15-də başlayacaq. Hazırda La Liqa turnir cədvəlində “Barcelona” 79 xalla lider, “Real” isə 75 xalla ikinci sırada qərarlaşıb. Görüşün çempionluq yarışına birbaşa təsir edəcəyi gözlənilir.