Azərbaycan FutboluDünya Futbolu

Elçin Məsiyev Gürcüstan – Portuqaliya oyununda baş hakim olacaq

Bakı, 16 iyun , Tsport.az 

Azərbaycanlı FIFA referisi Elçin Məsiyev növbəti təyinatını aldı. O, Slovakiyada keçirilən 21 yaşadək futbolçular arasında Avropa çempionatının qrup mərhələsinin III turunda Gürcüstan – Portuqaliya matçını idarə edəcək.

Tsport.az xəbər verir ki, Məsiyevə bu oyunda Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcək, dördüncü hakim isə Aleksis Errera olacaq.

Oyun iyunun 17-də Trençin şəhərindəki “Siqot” stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə 20:00-da start götürəcək. Xatırladaq ki, Elçin Məsiyev iyunun 12-də Çexiya – İngiltərə (1:3) görüşünü idarə edib.