Azərbaycan Futbolu

Elçin Məsiyev UEFA Çempionlar Liqasına baş hakim kimi təyinat aldı

Bakı, 18 iyul, Tsport.az

Azərbaycanlı FIFA referisi Elçin Məsiyev UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində keçiriləcək qarşılaşmaya baş hakim kimi təyin olunub.

Tsport.az xəbər verir ki, Məsiyev Xorvatiyanın “HNK Rijeka” və Bolqarıstanın “PFC Ludogorets Razgrad” komandaları arasında baş tutacaq ilk oyunu idarə edəcək.

Ona yan xətt hakimləri kimi Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər.
Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək.
VAR sisteminə nəzarət İtaliyalı Canluca Aurelianoya tapşırılıb.
AVAR kimi isə digər azərbaycanlı referi Əliyar Ağayev fəaliyyət göstərəcək.

Qarşılaşma iyulun 23-də, Rijeka şəhərində yerləşən Stadion HNK Rijekada keçiriləcək.