Elektrik kəsintisi səbəbindən ATP və WTA turnirləri dayandırılıb
Bakı, 28 aprel, Tsport.az
Qlobal elektrik kəsintisi səbəbindən Madriddə keçirilən ATP 1000 və WTA 1000 tennis turnirlərinin oyunları dayandırılıb.
Tsport.az xarici mediaya istinadən xəbər verir ki, elektrik problemi yalnız İspaniyaya deyil, həmçinin Portuqaliya daxil olmaqla, bütün Pireney Yarımadasına təsir edib.
Bu kəsinti hava limanları, metro və qatar hərəkətinə də ciddi şəkildə mane olub.
Elektrik kəsilməsinin səbəbləri ilə bağlı hər hansı bir açıqlama hələlik verilməyib.