Elis Manolova karyerasını başa vurdu
Bakı, 28 iyun , Tsport.az
Azərbaycan qadın güləş yığmasının üzvü Elis Manolova peşəkar karyerasına son qoyduğunu açıqlayıb. 29 yaşlı güləşçi uzun illər ərzində qazandığı uğurları xatırlayaraq duyğulu çıxış edib: “Azərbaycan mənim ikinci evimdir. Güləşçi kimi bu ölkəni təmsil etmək böyük qürur idi. Zədələr məni dayandırsa da, təcrübəmi gənclərə ötürməkdə qərarlıyım”.
Tsport.az xəbər verir ki, Manolova 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının qalibi, 2019-cu ildə isə Avropa çempionu və dünya üçüncüsü adını qazanıb. O, böyüklər arasında qitə birinciliklərində 1 qızıl, 3 gümüş və 1 bürünc olmaqla ümumilikdə 5 medal əldə edib. Azərbaycan Güləş Federasiyası Elisə qadın güləşinə verdiyi töhfələrə görə təşəkkür edib və məşqçilik karyerasında uğurlar arzulayıb.