“Elmar müəllim Azərbaycan futbolunun ən yaxşı üç məşqçisindən biridir” – Felipe Santos
Misli Premyer Liqasının XXXV turunda “Şamaxı” doğma meydanda “Araz-Naxçıvan“ı qəbul edib. Qarşılaşma 0-1 hesabı ilə başa çatıb.
Tsport.az xəbər verir ki, bu nəticədən sonra xallarını 58-ə çatdırıb. Beləliklə, komanda tarixində ilk dəfə Avrokuboklara iştirak şansı qazanıb. Komanda gələn mövsüm UEFA Konfrans Liqasında ölkəmizi təmsil edəcək.
Komandanın üzvü, eyni zamanda bombardiri olan Felipe Santos uğurlarını belə şərh edib: “Avropaya vəsiqə qazandığımız üçün çox xoşbəxtik. Bu, klub tarixində bir ilkdir və şübhəsiz ki, biz artıq klubun tarixinə düşmüşük. Bu uğur mənim üçün olduqca önəmlidir. Avropaya vəsiqə qazanmaq, liqanı üçüncü pillədə başa vurmaq və komandanın ən çox qol vuran futbolçusu olmaq böyük sevincdir. “Araz”da keçirdiyim bu dövrdən çox məmnunam”.
Futbolçu məqsədlərinə çatmağın ən vacib məsələ olduğunu düşünür: “Mövsüm ümumilikdə çox yaxşı keçdi. Mövsümün əvvəlində heç kim bizə inanmırdı. Yalnız biz – futbolçular və məşqçi heyəti – bu nəticəyə nail ola biləcəyimizə inanırdıq. Mövsümün birinci hissəsi mükəmməl keçdi, ikinci hissədə isə bir sıra səhvlər etdik. Buna baxmayaraq, məqsədimizə çatdıq və bu, ən vacib məsələdir”.
28 yaşıə hücumçu “Zirə” ilə adının hallanması ilə bağlı: “Bu barədə məlumatım yoxdur. Bəzi xəbərlərlə qarşılaşmışam, lakin mənə rəsmi olaraq heç nə bildirilməyib. Mövsüm başa çatdıqdan sonra ən doğru qərarı verməyə çalışacağam” – deyib.
Brazilyalı hücumçu baş məşqçi Elmar Baxşıyevi Azərbaycanın baş mərçilərindən hesab edir: “Mənim fikrimcə, Elmar müəllim Azərbaycan futbolunun ən yaxşı üç məşqçisindən biridir. Bu, yalnız cari mövsümə aid deyil. Artıq dörd mövsümdür ki, öz peşəkarlığını sübut edir. Birlikdə “Qəbələ” ilə çempion olduq, indi isə “Araz”la Avropaya vəsiqə qazandıq. Ola bilər ki, bəzi klublarda tərəddüdlər var, lakin mən əminliklə deyirəm: Elmar müəllim hazırda Azərbaycanda olan ən yaxşı məşqçilərdən biridir. Qalib gəlmək istəyən komanda Elmarla uğur qazanacaq”.
Bahar Rüstəm