Emin Cəfərov UEFA-dan təyinat alıb
Bakı, 21 iyul , Tsport.az
AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.
Tsport.az xəbər verir ki, o, Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində iyulun 24-də keçiriləcək “Aktobe” (Qazaxıstan) – “Sparta” (Çexiya) oyununun UEFA nümayəndəsi olacaq.
Qarşılaşma Qazaxıstanın Aktobe şəhərindəki Mərkəzi stadionda baş tutacaq.