Endrick İspaniyada ailə həyatı qurdu
Bakı, 19 iyul , Tsport.az
“Real Madrid“in gənc hücumçusu Endrick şəxsi həyatında mühüm addım atıb. Braziliyalı forvard İspaniyada keçirilən toy mərasimində 22 yaşlı model Qabrielle Miranda ilə nikaha daxil olub.
Tsport.az xəbər verir ki, iyulun 21-də 19 yaşı tamam olacaq futbolçu münasibətləri barədə maraqlı açıqlama verib. O bildirib ki, həyat yoldaşı ilə aralarında xüsusi müqavilə mövcuddur: bu razılaşmaya əsasən, cütlük bir-birinə tez-tez “səni sevirəm” deməlidir və davranışlarda dəyişiklik etmələri qadağandır.
Qeyd edək ki, Endrick ötən ilin yayında Braziliyanın “Sociedade Esportiva Palmeiras” klubundan “Real Madrid”ə transfer olunub və gələcəyin ulduzları arasında yer alır.