Endrik “Real Madrid”dən ayrılmağı düşünür
Bakı, 9 oktyabr, Tsport.az
“Real Madrid”in 19 yaşlı braziliyalı hücumçusu Endrik yanvar ayında klubdan ayrılmaq variantını nəzərdən keçirir.
Tsport.az xəbər verir ki, gənc futbolçuya “Valencia”, “West Ham United” və “Real Sociedad” klubları maraq göstərir. Bu mövsüm hələ meydana çıxmayan Endrik daha çox oyun praktikası qazanmaq üçün ayrılmağa müsbət baxır.
Qeyd edək ki, Endrik 2024-cü ilin yayında “Palmeiras” klubundan 47,5 milyon avro qarşılığında “Real Madrid”ə transfer olunub.