Dünya Futbolu

Erik ten Hag “Bayer Leverkusen”də

Bakı, 26 may, Tsport.az

“Bayer Leverkusen” baş məşqçi postuna Erik ten Hagı təyin edib.

Tsport.az xəbər verir ki, klub artıq Niderlandlı mütəxəssisin təyinatı ilə bağlı rəsmi açıqlama yayıb.

Tərəflər arasında bağlanan müqavilə 2027-ci ilin yayına qədər qüvvədə olacaq. Ten Hag bu vəzifədə “Real Madrid”ə keçən Xabi Alonsonu əvəzləyib.

Erik ten Hag son olaraq “Manchester United” klubunu çalışdırıb, lakin 2024-cü ildə klubdan ayrıldıqdan sonra məşqçilik karyerasında fasilə vermişdi.