Erling Haaland Premyer Liqada mövsümə möhtəşəm start verib
Bakı, 11 oktyabr, Tsport.az
“Manchester City”nin hücumçusu Erling Haaland Premyer Liqanın ilk yeddi oyununda vurduğu doqquz qolla mövsümə yüksək formada başlayıb.
Tsport.az xəbər verir ki, bu, norveçli forvard 2022/23 mövsümündə ilk yeddi oyunda 11, ötən mövsümdə isə 10 qol vurmuşdu. Haaland hazırda Premyer Liqanın “Qızıl butsa” yarışında ən yaxın rəqiblərindən üç qol irəlidədir.
Qeyd edək ki, Haalandın bu mövsüm vurduğu doqquz qoldan heç biri penalti hesabına qeydə alınmayıb.