Dünya Futbolu

Erling Haaland sentyabrın ən yaxşısı seçildi

Bakı, 10 oktyabr, Tsport.az

“Manchester City”nin hücumçusu Erling Haaland İngiltərə Premyer Liqasının sentyabr ayının ən yaxşı futbolçusu mükafatına layiq görülüb.

Tsport.az xəbər verir ki, Norveçli forvard karyerasında artıq dördüncü dəfə bu mükafatı qazanıb.

Haland sentyabr ayında 3 oyunda 5 qol vurub və 1 assistlə yadda qalıb, komandası “Manchester City”nin mövsümdə güclü başlanğıc etməsinə böyük töhfə verib.