FutzalMüsahibə

“Əsas diqqətimi gənclərə yönəldəcəyəm”-Yevgeni Kukseviç

Bakı, 27 iyun , Tsport.az 

AFFA-nın İcraiyyə Komtitəsinin iclasında verilən qərara əsasən Azərbaycan Futzal Millisinin baş məşqçisi Yevgeni Kukseviç təyin olunub.

Tsport.az xəbər verir ki, yeni baş məşqçi Yevgeni Kukseviç fikirləribi bizimlə bölüşüb:

“Əvvəlcə işə başlamaq lazımdır. Millidə çıxış edən bütün oyunçuları nəzərdən keçirmək vacibdir. Onların vəziyyətini analiz etmədən düzgün qərarlar vermək mümkün deyil.”

Hazırda millidə “Araz-Naxçıvan” klubundan 4 futbolçu yer alır. Kukseviç bu paralel vəzifənin həm klub, həm də federasiya tərəfindən dəstəkləndiyini vurğulayıb:

“Araz-Naxçıvan”la məşqçilik fəaliyyətim davam edir. Həm klub, həm də federasiya mənim iki yerdə çalışmağıma icazə verdi. Təbii ki, bu, əlavə məsuliyyətdir və buna görə özümə köməkçi götürəcəyəm.”

Kukseviçin sözlərinə görə, o yalnız texniki heyətə deyil, komanda daxilindən də dəstək almağı planlaşdırır:

“Yerli köməkçim olacaq. Həmçinin komandanın daxilindən də özümə köməkçi seçəcəyəm. Bu işdə təcrübəli və liderlik xüsusiyyətinə malik oyunçuların dəstəyinə ehtiyac var. Təbii ki, köməkçilərdən biri də komandanın kapitanı Emin Kürdov olacaq.”

Yeni baş məşqçi diqqətini əsasən gənclərin inkişafına yönəltmək niyyətindədir:

“Əsas diqqətimi gənclərə yönəldəcəyəm. Komandada nəsil dəyişikliyi prosesi qaçılmazdır və biz bu keçidi düzgün şəkildə aparmağa çalışacağıq.”

Bahar Rüstəm