Azərbaycan FutboluMüsahibə

“Əsas məsələ komandanın qalib gəlməsidir”

Bakı, 4 sentyabr ,  Tsport.az 

  Misli Premyer Liqası nın III turunda “Qəbələ” səfərdə “Araz-Naxçıvan”ın qonağı olub. 

Tsport.az xəbər verir ki, 2-1 hesabı ilə başa çatan matçdan sonra “Qəbələ 

nin üzvü Adriel Ba Loua 

fikirlərini bizimlə böıüşüb:

– Bu dəfə bizim üçün yaxşı bir oyun olmadı. Düşünürəm ki, ümumilikdə zəif oynadıq. Çalışacağıq ki, növbəti oyunda daha yaxşı çıxış edək.

*– Sizcə, səhvlər nədən qaynaqlandı?*  

– Komandada bəzi təcrübəsiz oyunçular var idi. Məncə, oyunun taleyində əsas rolu məhz təcrübə oynadı. Qol vurmağı bacardıq, amma ümumi oyunumuz yaxşı alınmadı.

*– Komanda və şəxsi hədəfləriniz nədir?*  

– Əlbəttə, istəyirəm ki, komandam üçün qol vurum və ümumilikdə komandama faydalı olum. Amma əgər qol vurmasam belə, komanda qalib gəlsə, bu mənim üçün kifayətdir. Əsas məsələ komandanın qalib gəlməsidir.

Bahar Rüstəm