Dünya Futbolu

“Everton” Jordan Pickford ilə müqaviləni uzatmaq istəyir

Bakı, 13 oktyabr, Tsport.az

“Everton” qapıçısı Jordan Pickford ilə yeni uzunmüddətli müqavilə imzalamağa hazırlaşır.

Tsport.az xəbər verir ki, klub qolkiperin karyerasına “Everton”da başa vurmasını istəyir. Hazırda müqaviləsi 2027-ci ilə qədər qüvvədə olan Pickfordun yeni razılaşması bu tarixi bir neçə il uzada bilər.

Martda 32 yaşını qeyd edəcək Pickford artıq 9 mövsümdür “Everton”un şərəfini qoruyur və bu müddətdə İngiltərə millisinin əsas qapıçısı statusunu möhkəmləndirib.

Komanda növbəti matçında səfərdə “Manchester City” ilə qarşılaşacaq.