Dünya Futbolu

“Everton”da ciddi zədə problemi yaşanır

Bakı, 9 oktyabr, Tsport.az

“Everton” qadın komandasının kapitanı Megan Finnigan 2026-cı ilə qədər yaşıl meydanlara dönməyəcək.

Tsport.az xəbər verir ki, 27 yaşlı müdafiəçi yanvar ayında ayağından zədələnib və bərpa üçün əməliyyat olunacaq. Baş məşqçi Brian Sorensen bildirib ki, Finnigan yalnız 10 yanvardan sonrakı dövrdə oynamağa hazır olacaq.

Everton-da hazırda beş əsas futbolçu dasıradan çıxıb. Qapıçı Courtney Brosnan, hücumçu Aurora Galli və müdafiəçi Rion Ishikawa da diz zədəsi ilə müalicə alır.

Yarımmüdafiəçi Katja Snoeijs məşq zamanı zədələndiyi üçün bazar günü “Manchester United”ə qarşı matçda iştirak etməyəcək.