Digər

Fərid Qayıbov Oğuz və Qəbələ sakinlərini qəbul etdi

Bakı, 2 iyul , Tsport.az 

İyulun 2-də gənclər və idman naziri Fərid Qayıbov Oğuz və Qəbələ rayonlarından olan vətəndaşlarla görüş keçirib. Qəbul Qəbələ rayon Heydər Əliyev Mərkəzində baş tutub.

Tsport.az xəbər verir ki, görüşdən öncə nazir Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevlə birlikdə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib və müvafiq tapşırıqlar verilib. Görüş mərkəzi icra hakimiyyəti rəhbərlərinin bölgələrdə vətəndaş qəbulu cədvəlinə uyğun olaraq həyata keçirilib.