Digər

Fərid Qayıbov vətəndaşları qəbul edib

Bakı, 1 oktyabr, Tsport.az 

Oktyabrın 1-də gənclər və idman naziri Fərid Qayıbov Kürdəmir, Zərdab və Ucar rayon sakinlərini qəbul edib.

Tsport.az xəbər verir ki, Qqəbuldan öncə nazir Fərid Qayıbov Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov ilə birlikdə Ucar şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.

Ucar Gənclər Evində keçirilən qəbulda vətəndaşları diqqətlə dinləyən nazir Fərid Qayıbov onların müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda okyabr ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.