F qrupunun oyunlarına hakim təyinatları açıqlanıb
Bakı, 7 avqust, Tsport.az
UEFA Çempionlar Liqasının ilkin mərhələsində mübarizə aparacaq “Araz-Naxçıvan” klubunun yer aldığı F qrupunun oyunlarına təyinatlar müəyyənləşib.
Tsport.az xəbər verir ki, UEFA tərəfindən qrup qarşılaşmalarını idarə etmək üçün dörd baş hakim seçilib: Orest Dutsiak (Ukrayna), Qonçalo Felipe Santos Duarte (Portuqaliya), Vladimir Sebek (Monteneqro) və Aleksandar Vangelov (Bolqarıstan). Hakim-inspektor funksiyasını isə Talal Daravşi yerinə yetirəcək.
“Araz-Naxçıvan” F qrupunda Şimali İrlandiyanın “Sparta Belfast”, Şotlandiyanın “PYF Saltires” və Avstriyanın “Ljuti Krajişniçi” komandaları ilə qarşılaşacaq. Oyunlar avqustun 27-dən 30-dək Avstriyada keçiriləcək. Qrupun yalnız qalibi əsas mərhələyə yüksələcək.