Azərbaycan FutboluMüsahibə

Felipe Santos: “Bu nəticə bizim üçün yaxşıdır, amma iş hələ bitməyib”

Bakı, 25 iyul , Tsport.az

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda “Araz-Naxçıvan” öz meydanında Yunanıstanın “Aris” klubunu məğlub edərək mühüm qələbəyə imza atdı.

Tsport.az xəbər verir ki, qarşılaşmadan sonra komandanın üzvü Felipe Santos oyunla bağlı fikirlərini bölüşüb.

“Bu çətin oyun idi, çünki güclü bir komandaya qarşı oynadıq. Amma bu həftə yaxşı hazırlaşmışdıq və mövsüm öncəsi də bu cür oyunlara görə çalışmışdıq. Bu nəticə bizim üçün yaxşıdır, amma iş hələ bitməyib.”

Santos komandanın təcrübəsinə və oyunçuların keyfiyyətinə güvəndiyini bildirib. Öz çıxışından razı qaldığını desə də, növbəti oyunun daha vacib olduğunu qeyd edib:

“Bəli, bu oyunu bəyəndim. Komandamız təcrübəlidir və çox yaxşı oyunçularımız var. Amma yenə də deyirəm, hər şey hələ bitməyib – qarşıda daha bir vacib oyunumuz var və biz ona hazır olmalıyıq.”

İkinci oyun 31 iyulda Yunanıstanda, “Kleanthis Vikelidis” stadionunda keçiriləcək. Santos bu qarşılaşmanın gərgin atmosferdə baş tutacağını proqnozlaşdırır:

“Növbəti oyun da çətin olacaq, xüsusən də bütün azarkeşlər oyunu izləyəcəklər və atmosfer gərgin olacaq. Amma komandamız güclüdür, yaxşı oyunçularımız var və bu oyuna hazırıq.”


Bahar Rüstəm