Dünya Futbolu

“Fenerbahçe” 18 saat sonra paylaşım etdi

Bakı, 3 aprel, Tsport.az

Ziraat Türkiyə kubokunda ezeli rəqibi “Galatasaray”a məğlub olaraq turnirdən çıxan Fenerbahçe (Fənərbaxça), sosial media hesabında 18 saat sonra paylaşım edib.

Tsport.az xəbər verir ki, “Galatasaray” ilə oynanan oyunun nəticəsini sosial mediada paylaşan “Fenerbahçe”, 18 saat boyunca başqa heç bir paylaşım etməyib.

Derbinin ardından “Fenerbahçe”, 6 Aprel Bazar günü keçiriləcək “Trabzonspor” matçı üçün hazırlıqlara başlayıb. Sarı-mavililər, “Galatasaray” məğlubiyyətinin ardından 18 saat sonra etdikləri ilk paylaşımda, günün məşqini paylaşıblar.

Qeyd edək ki, “Fenerbahçe”- “Galatasaray” matçı, sarı-mavililərin 2-1 hesablı məğlubiyyəti ilə başa çatıb.