“Fenerbahçe”, Bankalar Birliyindən çıxacağını açıqladı!
Bakı, 19 avqust , Tsport.az
“Fenerbahçe”, rəsmi sosial media hesablarından verdiyi açıqlamada Bankalar Birliyindən ayrılacağını rəsmən bildirdi.
Tsport.az xəbər verir ki , Klubdan edilən açıqlama isə belədir:
“Uzun zamandır üzərində həssaslıqla çalışdığımız Bankalar Birliyi’ndən çıxış layihəsini həyata keçirməyin sevincini yaşayırıq.
Fenerbahçe Spor Klubu artıq gələcəyinə öz iradəsi ilə yön verəcək maliyyə azadlığına qovuşur.
Klubumuz və qurumlarımız ilə Emlak Konut GYO A.Ş. arasında əməkdaşlıq qurulmasına dair protokol imzalanmışdır. Bu əməkdaşlıq çərçivəsində torpaq satışı qarşılığında gəlir paylaşımı iş modeli qurulmuşdur. Razılaşmaya əsasən, klubumuza və qurumlarımıza məxsus Ataşehir və Kayışdağında yerləşən daşınmaz əmlaklarımız layihəyə daxil edilmişdir.”
Aytac Mustafayeva