Dünya Futbolu

“Fenerbahçe” doğma meydanda qələbə qazanıb

Bakı, 3 oktyabr, Tsport.az

UEFA Avropa Liqası-nın qrup mərhələsinin ikinci tur oyunları keçirilib.

Tsport.az xəbər verir ki, günün diqqətçəkən oyunlarından biri İstanbulda baş tutub. “Fenerbahçe” öz meydanında Fransa təmsilçisi “Nice” ilə qarşılaşıb.

Gərgin mübarizə şəraitində keçən görüşdə türk klubu 2:1 hesabı ilə qalib gələrək vacib üç xal qazanıb.

Qeyd edək ki, görüşlərin doqquzu Bakı vaxtı ilə 20:45-də, qalanları isə 23:00-da start götürüb.