“Fenerbahçe”, Dorgeles Nene transferini rəsmən açıqladı!
Bakı, 19 avqust , Tsport.az
“Fenerbahçe”, Salzburg formasını geyinən Dorgeles Nene ilə 5 illik müqavilə imzaladığını duyurdu.
Sarı-lacivərtli klubdan edilən açıqlama belədir:
“Klubumuz malili futbolçu Dorgeles Nene-nin daimi transferi üçün Avstriyanın Salzburg klubu ilə anlaşmaya varmışdır.
Sağlıq yoxlanışından keçən futbolçu özünü 5 illik sarı-lacivərt rənglərə bağlayan müqaviləyə imza atdı. Nene-yə ‘xoş gəlmisən’ deyir, Çubuklu formamız altında uğurlar arzulayırıq.”
Tsport.az xəbər verir ki , 2025-26 mövsümündə komandası ilə bütün turnirlərdə 8 oyuna çıxan 22 yaşlı sağ cinah oyunçusu, 2 qol və 2 assistlik performans göstərib.
“Fenerbahçe” Şükrü Saracoğlu İdman Kompleksində keçirilən imza mərasimindən sonra açıqlama verən” Fenerbahçe” Futbol Direktoru Devin Özek bunları deyib:
“Dorgeles Nenenin klubumuzu seçməsindən çox məmnunuq. O, beynəlxalq futbolun önəmli istedadlarından biridir və keyfiyyətini artıq ən yüksək səviyyədə göstərib. Sürəti, 1-ə-1 oyun bacarığı, çox yönlülüyü və qol instinkti ilə bizə çox şey qatacaq. Dorgelesə ‘Ailəmizə xoş gəlmisən’ deyirik.”
Dorgeles Nene isə duyğularını belə ifadə edib:
“Əvvəlcə burada olduğum üçün çox xoşbəxtəm. “Fenerbahçe “kimi böyük bir klubda olmaq mənim üçün böyük bir şansdır. Burada olmaqdan həm xoşbəxt, həm də qürurluyam.”
Baş məşqçi Jose Mourinho ilə çalışmaqdan duyduğu həyəcanı isə Nene belə ifadə edib:
“Mənim üçün onunla işləmək böyük fürsətdir. Onun nə qədər böyük bir baş məşqçi olduğunu bütün dünya bilir. Mən də onun təcrübəsindən faydalanaraq burada həm özümü inkişaf etdirəcəyəm, həm də klubuma töhfələr verəcəyəm.”
Sonda azarkeşlərə səslənən Dorgeles Nene bunları deyib:
“Əvvəlcə onlara təşəkkür etmək istəyirəm. Sosial mediadan yazdıqları mesajları görəndə çox həyəcanlandım və sevindim. Onlar üçün hər şeyimi verəcəyəm və bu klub üçün əlimdən gələni edəcəyəm. Həm Avropada, həm də Super Liqada onları ən yaxşı şəkildə təmsil edəcəyik.”
Aytac Mustafayeva