”Fenerbahçe”-“Galatasaray” derbisinin taleyini həll edəcək ikili
Bakı, 31 mart, Tsport.az
2 aprel çərşənbə günü baş tutacaq Fenerbahçe (Fənərbaxça) – “Galatasaray” derbisində diqqətlər iki komandanın ulduz hücumçularına yönələcək.
Tsport.az xəbər verir ki, Fenerbahçe (Fənərbaxça)nın mövsümün əvvəlində heyətinə qatdığı Youssef En-Nesyri bu mövsüm bütün turnirlərdə 43 oyuna çıxıb.
Baş məşqçi Jose Mourinhonun hücum xəttində etibar etdiyi adlardan biri olan En-Nesyri 16-sı Super Liqada, 6-sı Avropada, 4-ü isə Ziraat Türkiye Kubokunda olmaqla 26 qol vurub.
Digər tərəfdən, “Galatasaray”ın mövsümün əvvəlində Napolidən icarəyə götürdüyü Victor Osimhen isə 31 oyunda forma geyinib. Nigeriyalı hücumçu 20-si Super Liqada, 6-sı Avropa Liqasında olmaqla ümumilikdə 26 qol vurub.
Super Liqada bombardirlər siyahısına başçılıq edən Osimhen, “Fenerbahçe” qarşısında komandasının əsas ümidlərindən biri olacaq.
Mövsümün ən vacib oyunlarından biri hesab olunan bu qarşılaşmada hər iki futbolçunun performansı matçın taleyini müəyyən edə bilər.