Dünya Futbolu

“Fenerbahçe”-“Galatasaray” derbisinin hakimi açıqlandı

Bakı, 31 mart, Tsport.az

Türkiyə Futbol Federasiyası Ziraat Türkiyə Kubokunda “Fenerbahçe” – “Galatasaray“ın 1/4 final matçını Cihan Aydının idarə edəcəyini açıqlayıb.

Tsport.az xəbər verir ki, Ziraat Türkiyə Kubokunda 1/4 final oyunları 1 aprel çərşənbə axşamı keçiriləcək tək matçla başlayacaq.Kubokun 1/4 final mərhələsində “Fenerbahçe” ilə “Galatasaray” yarımfinalda qarşılaşacaq.

1/4 final matçları öncəsi Türkiyə Futbol Federasiyasının Mərkəzi Hakimlər Komitəsi matçlarda vəzifə yerinə yetirəcək hakimləri açıqlayıb.

MHK-dan verilən məlumata görə, Türkiyə kubokunda “Fenerbahçe”-“Galatasaray” derbisini Cihan Aydın idarə edəcək.

Türkiyə Kubokunda 1/4 final matçlarını idarə edəcək hakimlər aşağıdakılardır:

  • Konyaspor-İskenderunspor: Ozan Ergün
  • Trabzonspor-Bodrum FK: Zorbay Küçük
  • Fenerbahçe-Galatasaray: Cihan Aydın
  • Beşiktaş-Göztepe: Atilla Karaoğlan