Voleybol

Fenerbahçe, Galatasarayı məğlub edərək finala yüksəldi!

Bakı, 14 aprel, Tsport.az

Fenerbahçe Medicana Qadın Voleybol Komandası, Vodafone Sultanlar Liqası pley-off 1-4 mərhələsinin üçüncü oyununda Galatasaray Daikini 3-2 hesabı ilə məğlub edərək seriyada üstünlüyü 2-1-ə çatdırdı və finala yüksəldi.

Tsport.az xəbər verir ki ,sarı-lacivərdlilər Burhan Felek Vestel Voleybol Salonunda ev sahibi olduqları oyuna yaxşı başladılar. Azarkeşlərinin dəstəyi ilə təsirli oyun nümayiş etdirən Fenerbahçe, 6-1 üstünlük qazandı. Setin davamında fərqi 13-6 ilə 7 xala qədər artıran Fenerbahçe, oyundan qopmayan sarı-qırmızılılara qarşı 14-11 və 17-14-lük fərqlərdə 3 xallıq üstünlüyünü qorumağa çalışdı. Lakin ev sahibi komanda Fedorovtseva və Vargasın küncdən təsirli hücumları ilə rəqibin fərqi azaltmasına imkan vermədi. Fenerbahçe bir müddət 21-16 öndə olsa da, Dangubiçin servisləri ilə təsirli çıxış edən Galatasaray 23-22 önə keçdi. Setin sonunu daha yaxşı oynayan sarı-qırmızılılar uzun müddət geridə olduqları seti 25-23 hesabı ilə qazandılar və oyunda 1-0 önə keçdilər.

İkinci set gərgin keçdi. Birinci setin əvvəlindən fərqli olaraq daha yaxşı müdafiə edən Galatasaray İlkinin sayəsində 6-5 önə keçdi. Vargas və Ana Cristina ilə xallar qazanan Fenerbahçe 12-9 hesabı ilə 3 xallıq üstünlük əldə etdi. Lakin Yaseminin servis etdiyi bölümdə 3-0-lıq seriya ilə Galatasaray 12-12 bərabərliyi təmin etdi. Daha sonra Vargasın təsirli servisləri ilə Fenerbahçe 19-13 hesabı ilə fərqi 6-ya çıxardı. Bu dəfə setin sonunda səhv etməyən sarı-lacivərdlilər seti 25-20 qazanaraq oyunda tarazlığı bərpa etdilər: 1-1.

Üçüncü setə yaxşı başlayan tərəf Galatasaray oldu. 5-2 önə keçən sarı-qırmızılılar Fenerbahçəyə erkən vaxtda mol götürməyə məcbur etdilər. Moladan sonra Dangubiçin təsirli servisləri ilə Galatasaray hesabı 7-2 etdi. Sette 3-8 geri düşən Fenerbahçe Medicana, Vargasın liderliyi ilə 4-0-lıq seriya ilə fərqi 1-ə endirdi: 7-8. Lakin Galatasaray Daikin Carutasunun xalları ilə 15-10 üstünlük qazandı. İlkinin hücumlarında Fenerbahçenin etdiyi yaxşı bloklar fərqi 2 xala endirdi: 14-16. Motivasiya və konsentrasiyanı qoruyaraq seti 25-16 qazanan Galatasaray ümumi hesabda 2-1 önə keçdi.

Pley-off seriyasında qalmaq üçün bu seti qazanmalı olan Fenerbahçe dördüncü setə çox yaxşı başladı. Setin əvvəlində 9-1 kimi əhəmiyyətli bir üstünlük əldə etdilər. Fedorovtseva, Ana Cristina və Vargasın təsirli oyunu ilə bu seti 25-13 hesabı ilə qazanaraq oyunu 2-2 bərabərləşdirdilər.

Qərar setinə tərəflər qarşılıqlı xallarla başladılar. Sarı-qırmızılılar 5-3 önə keçsə də, Fenerbahçe 4-0-lıq seriya ilə hesabı 7-5 öz xeyrinə dəyişdi. Vargasın təsirli servisləri davam etdi və sarı-lacivərdlilər meydan dəyişikliyinə 8-5 üstün girdi. Son bölümdə səhv etməyən Fenerbahçe, seti 15-9, oyunu isə 3-2 hesabı ilə qazandı.

Aytac Mustafayeva