Dünya Futbolu

“Fenerbahçe” ilə anlaşa bilməyən Osayi-Samuel

Bakı, 8 aprel, Tsport.az

“Fenerbahçe”, mövsümün sonunda müqaviləsi bitəcək olan Osayi-Samuel ilə hələ də anlaşma əldə edə bilməyib.

Tsport.az xəbər verir ki, “Fenerbahçe”nin 3-4-1-2 taktiki quruluşa keçməsi ilə formasını itirən Osayi-Samuelin müqaviləsi sezon sonunda başa çatacaq. Bugünə qədər keçirilən görüşlərdə razılaşma əldə edilməyən Nigeryalı ulduza, yenə də təklif ediləcəyi bildirilib.

Bu mövsüm 32 matçda yer alan və “Trabzonspor” qarşısında sərgilədiyi təsirli oyun ilə diqqət çəkən 27 yaşlı futbolçu, bu qarşılaşmalarda 2 asistlik töhfə verib.