Dünya Futbolu

“Fenerbahçe” José Mourinho ilə yola davam edir

Bakı, 22 aprel, Tsport.az

“Fenerbahçe” rəhbərliyi, baş məşqçi José Mourinhonun klubdakı gələcəyinə dair mövqeyini müəyyənləşdirib.

Tsport.az xəbər verir ki, İstanbul nəhəngi, portuqaliyalı taktiki ustanın işindən razı qaldığını bildirərək onunla yolları ayırmamaq qərarına gəlib.

Məlumata görə, Mourinho gələn mövsümdə də sarı-mavililərin baş məşqçisi vəzifəsini davam etdirəcək. Klub rəhbərliyi ona tam etimad göstərərək uzunmüddətli planlarda da onunla irəliləməyi düşünür.

Hazırda “Fenerbahçe” Superliqada 5 xal fərqlə ikinci pillədə qərarlaşıb.