“Fenerbahçe” Medicana Qadın Voleybol Komandasında İki İmza!
Bakı, 20 iyul , Tsport.az
“Fenerbahçe” Medicana Qadın Voleybol Komandası, daha əvvəl razılaşdığını bildirdiyi Hande Baladın və Helin Kayıkçı ilə rəsmi müqavilə imzalayıb.
Tsport.az xəbər verir ki, Ülker Stadionunda keçirilən imza mərasimində “Fenerbahçe” İdarə Heyətinin üzvləri Hulusi Belgü və Hüseyin Bozkurt, Fenerbahçe Medicana İdman Direktoru Dariusz Stanicki və idmançılar iştirak edib.
Hulusi Belgü hər sahədə çempionluq hədəflədiklərini bildirib. Milli voleybolçu Hande Baladın, “Fenerbahçe”yə gəldiyi üçün çox xoşbəxt olduğunu və böyük nailiyyətlər əldə edəcəklərinə inandığını söyləyib. Gənc voleybolçu Helin Kayıkçı isə, yuvasına qayıtdığı üçün çox sevindiyini dilə gətirib.