Dünya Futbolu

“Fenerbahçe” Milan Skriniar Transferində sona yaxın!


Bakı, 20 iyul , Tsport.az 

Fenerbahçe”, Slovak müdafiəçi Milan Skriniar transferində mühüm mərhələyə çatıb. Sarı-laciverdlilər, futbolçu ilə müqavilə şərtlərində prinsipial razılığa gəlib.

Tsport.az xəbər verir ki, keçən mövsüm “Fenerbahçe” formasını icarə əsasında geyinən və 23 oyunun hamısına ilk 11-də başlayan Skriniar, həlledici anlarda vurduğu qollarla diqqət çəkmişdi. Baş məşqçi Jose Mourinhonun bu mövqedəki transfer siyahısında ilk sırada olan təcrübəli futbolçu, klubların razılaşmasını gözləyir.

“Fenerbahçe”, futbolçu ilə razılaşdıqdan sonra “Paris Saint-Germain” ilə transfer danışıqlarını davam etdirir. Fransız klubunun, Slovak futbolçunun ayrılmasına razılıq verdiyi və qısa müddət ərzində rəsmi imzaların atılması hədəfləndiyi bildirilib.