“Fenerbahçe” mövsümü “Göztepe” səfərində açır
Bakı, 15 avqust , Tsport.az
“Fenerbahçe”, Trendyol Super Liqadakı ilk oyununda sabah “Göztepe”ilə İzmirdə qarşılaşacaq.
Gürsel Aksel Stadionundakı qarşılaşma saat 21:30-da başlayacaq. Oyunu Yasin Kol idarə edəcək, Ceyhun Sesigüzel və Mehmet Kısal isə köməkçi hakim kimi fəaliyyət göstərəcək.
Super Liqada ötən mövsümü 2-ci pillədə tamamlayaraq UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində oynamağa haqq qazanan “Fenerbahçe”, mövsümün ilk rəsmi oyununda Niderlandın “Feyenoord “ komandası ilə qarşılaşıb. Səfərdə uzatma dəqiqələrində vurulan qolla 2-1 məğlub olan sarı-lacivertlilər, evdə 5-2 qalib gələrək pley-off mərhələsinə yüksəlib. Türkiyə Futbol Federasiyasının (TFF) Avropa kuboklarında oynayan komandaların ötən həftəki liq matçlarını təxirə salması səbəbilə “Fenerbahçe”, Super Liqadakı ilk oyununa sabah “Göztepe” səfərində çıxacaq.
Göztepe oyunu öncəsi Fenerbahçedə 2 futbolçu heyətdən kənarda qalacaq. Uzun müddətdir müalicəsi davam edən kapitanlardan Mert Hakan Yandaş və komanda ilə məşqlərə başlasa da hazırlıq əksikliyi olan Rodrigo Becao, İzmir səfərində forma geyinməyəcək.
UEFA Çempionlar Liqası pley-off mərhələsinin ilk oyununda 20 avqust Çərşənbə günü Portuqaliyanın “Benfica” klubunu qəbul edəcək “Fenerbahçe”də baş məşqçi Jose Mourinho bu oyunu nəzərə alaraq “Göztepe” qarşısında rotasiya edəcək.
Qeyd edək ki,UEFAya təqdim olunan heyətdə yer almayan Cengiz Ünder və Diego Carlosun sabahki matçda oynaması gözlənilir. “Feyenoord” ilə keçirilən iki qarşılaşmada şans qazanmayan Çağlar Söyüncü və Alexander Djiku, həmçinin İrfan Can Kahveci də Göztepe qarşısında meydana çıxmağa yaxın futbolçulardır.
Aytac Mustafayeva