-->
Dünya Futbolu

”Fenerbahçe” nin futbolçusuna böyük maraq

Bakı, 31 mart, Tsport.az

Fenerbahçe (Fənərbaxça)-dakı çıxışı ilə Avropanın diqqətini çəkən Sebastian Szymanski, İngiltərə və İtaliya klublarının transfer siyahısına düşüb.

Tsport.az xəbər verir ki, baş məşqçi Jose Mourinho-nun komandada görməkdən məmnun olduğu polşalı futbolçunu asanlıqla buraxmaq istəməyən “Fenerbahçe” rəhbərliyi, maraqlanan klublara 20 milyon avro qiymət qoyub.

Sarı-mavili klub, transfer müqaviləsinə əlavə bonuslar daxil etməyi də planlaşdırır.

Polşa millisinin üzvü olan Szymanski ilə “Nottingham Forest” və “Atalanta” kimi klubların maraqlandığı bildirilir. Yay transfer dönəminin onun üçün olduqca hərəkətli keçəcəyi gözlənilir.