“Fenerbahçe” rəhbərliyi Jose Mourinho ilə bağlı qərarını verib
Bakı, 18 mart, Tsport.az
“Samsunspor“la 2 xal itirən “Fenerbahçe“də baş məşqçi Jose Mourinho tənqidlərin hədəfi olub.
Tsport.az xəbər verir ki, sarı-tünd mavi klubun rəhbərliyi Portuqaliyalı mütəxəssisin gələcəyi ilə bağlı qərarını açıqlayıb.
Fenerbahçənin prezidenti Ali Koç və rəhbərlik, Jose Mourinhodan narazı olmadığlarını bildiriblər. Koç, Mourinho’nun liqanı yaxşı tanıdığını və gələn mövsümdə də komandaya rəhbərlik etməli olduğunu düşünür.
Jose Mourinho, bu günə qədər “Fenerbahçe”nin başında keçirdiyi 45 oyunda 2.11 xal ortalaması əldə edib.