Dünya Futbolu

“Fenerbahçe” üçün Hakan Çalhanoğlu bombası!

Bakı, 19 iyul , Tsport.az 

Transfer dönəmində Jhon Duran, Archie BrownTarık Çetini heyətinə qatan “Fenerbahçe” orta sahə axtarışlarını davam etdirərkən, sürpriz bir ad gündəmə gəlib.

Tsport.az xəbər verir ki, İtaliyanın nüfuzlu qəzetlərindən La Gazzetta Dello Sport, sarı-lacivərtlilərin “İnter”də çıxış edən Türkiyə millisinin futbolçusu Hakan Çalhanoğluna maraq göstərdiyini iddia edib.

“Mourinho, Çalhanoğlu’nu istəyir” başlıqlı xəbərdə, “Fenerbahçe”nin təcrübəli futbolçu üçün “İnter” klubuna 20 milyon avro təklif etməyə hazırlaşdığı qeyd olunub. Bildirilib ki, təklif 25 milyon avroya yüksəldiyi təqdirdə İtaliya təmsilçisi bu transferə razılıq verə bilər.

Digər tərəfdən, sarı-lacivərtli klubun Hakan Çalhanoğluna kapitanlıq təklifi etməyə də hazır olduğu vurğulanıb.

2021-2022 mövsümündə “İnter”ə transfer olan Hakan Çalhanoğlu son 4 mövsümdə 182 oyunda forma geyinib. Bu müddətdə 31 yaşlı yarımmüdafiəçi 38 qol vurub, 31 məhsuldar ötürmə edib.

Çalhanoğlu “İnter” ilə bir Serie A, iki İtaliya Kuboku və üç İtaliya Superkuboku çempionluğu yaşayıb. Milli futbolçu, həmçinin komanda ilə iki dəfə Çempionlar Liqasının final mərhələsinə yüksəlmə təcrübəsi də yaşayıb.

Bundan əlavə, Hakan Çalhanoğlu 2023-2024 mövsümündə Serie A-da “İlin ən yaxşı yarımmüdafiə oyunçusu” seçilib.