“Fenerbahçe” və “Beşiktaş”dan Kerem Aktürkoğlu bombası!
Bakı, 19 iyul , Tsport.az
“Beşiktaş”və “Fenerbahçe”, “Galatasaray”ın sabiq ulduzu Kerem Aktürkoğlunu transfer etmək üçün hərəkətə keçib.
Tsport.az xəbər verir ki, ötən mövsüm “Galatasaray”dan 12 milyon avroya Portuqaliyanın nəhəng klubu “Benfica”ya transfer olunan Kerem Aktürkoğlu yenidən Super Liqaya dönüş hazırlığındadır.
Mövsümü uğurlu performansla başa vuran ulduz futbolçunun komandasında xoşbəxt olmadığı və ayrılmaq istədiyi xəbərləri gündəmə bomba kimi düşüb.
Xüsusilə onun transferində böyük rolu olan Orkun Kökçünün “Beşiktaş”a keçməsi sonrası ayrılıq iddiaları daha da güclənib.
Portuqaliya mətbuatının, xüsusilə Record qəzetinin yaydığı xəbərə görə, Türkiyə milli futbolçusuKerem Aktürkoğlu yeni mövsümdə “Benfika”da qalmayacaq.
Bu xəbərlərin ardından Super Liqa nəhəngləri “Fenerbahçe” və “Beşiktaş”ın dərhal devrəyə girdiyi bildirilib. Sports Mediasetin məlumatına görə, Sarı-Lacivərtlilər artıq transfer üçün rəsmi addım atıblar.
Kerem Aktürkoğlu üçün “Beşiktaş”ın da ciddi maraqlı olduğu xəbərlər arasındadır. Son Orkun Kökçü transferində “Benfica” ilə yaxşı əlaqələr quran Serdal Adalının yaxın zamanda milli futbolçu üçün danışıqlara başlayacağı gözlənilir.
Corriere dello Sportun yaydığı xəbərə görə, “Benfica” Kerem Aktürkoğlunun ayrılmasına razılıq verib və onun üçün müəyyən etdiyi bonservis məbləği 25 milyon avrodur. Xəbərdə futbolçunun prioritetinin ilk olaraq Avropada qalmaq olduğu, lakin istədiyi təklifləri ala bilmədiyi halda “Beşiktaş “və “Fenerbahçe”ilə danışıqlara başlayacağı vurğulanıb.
Aytac Mustafayeva