“Fenerbahçe” “West Ham”in futbolçusunu icarəyə götürür
Bakı, 20 avqust, Tsport.az
“Fenerbahçe” İngiltərənin “West Ham United” klubunun meksikalı yarımmüdafiəçisi Edson Alvarezi heyətinə qatmağa hazırlaşır.
Tsport.az xəbər verir ki, İstanbul təmsilçisi 27 yaşlı futbolçunu icarə əsasında transfer edəcək. Futbolçu bu həftə İstanbulda olacaq. Qeyd edək ki, Edson Alvarez ötən mövsüm 31 matçda iştirak edib və 1 məhsuldar ötürmə edib.